Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Ceff Bezos "Amazon"un baş direktoru vəzifəsindən getdi

"Amazon"un qurucusu Ceff Bezos dünyanın ən böyük onlayn pərakəndə platformasının baş direktor vəzifəsindən ayrılıb, şirkətin yeni rəhbəri vəzifəsinə "Web Services" şöbəsini quran və ona rəhbərlik edən Endi Cessi təyin olunub.

Azmarka.az xəbər verir ki, bu barədə "Amazon"un açıqlamasında deyilir.

C. Bezosun bu vəzifədən gedəcəyi fevral ayında məlum olub. May ayında o, 5 iyul tarixində vəzifəsindən ayrılacağını açıqlamışdı.

57 yaşlı iş adamı vəzifəsindən getdikdən sonra şirkətin İdarə Heyətinin sədri olaraq qalacaq. O, şirkətin səhmlərinin 10%-dən çoxuna sahibdir.

Qeyd edək ki, "Forbes" jurnalına görə, Bezos 177 mlrd. ABŞ dollarlıq sərvətlə dünyanın ən zəngin iş adamları siyahısına başçılıq edir. /apa


Azmarka.az

Digər xəbərlər

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930