Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Türkiyəli nazir müavini: "Zəngəzur dəhlizinin açılması ilə bağlı Rusiya ilə üst səviyyədə danışıqlar davam edir"

Azərbaycan və Türkiyə arasında qüvvədə olan "Preferensial Ticarət Sazişi”nin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulub.

Bunu Türkiyə Respublikasının ticarət nazirinin müavini, Gömrük İdarəsinin rəhbəri Rıza Tuna Turagay deyib.

R.T.Turagay qeyd edib ki, hədəf iki ölkə arasında ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaqdır:" Hazırda ticarət dövriyyəmiz 5 milyard dollar civarındadır. 2021-ci ildə 2,3 milyard dollar həcmində idxalımız, 2,7 milard dollar ixracımız var. Bu ticarət həcmini artırmaq üçün çalışırıq".

O bildirib ki, ticari əlaqələrin genişləndirilməsi üçün hazırda ən önəmli məsələlərdən biri Zəngəzur dəhlizinin açılmasıdır. "Bu dəhlizin açılması bizim Azərbaycana, oradan isə Orta Asiya ölkələrinə çıxış imkanları əldə etmək, ticarət həcmini artırmaq baxımından avantaj yaradacaq. Hazırda Rusiya ilə üst səviyyədə bu məsələ ilə bağlı danışıqlar davam edir. Dəhlizini ən qısa zamanda açılmasını gözləyirik",- deyə Türkiyəli nazir müavini əlavə edib.

Xatırladaq ki, 2021-ci il martın 1-dən qüvvəyə minən “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”nə əsasən bir sıra kənd təsərrüfatı və yeyinti məhsullarının idxalına tətbiq edilən gömrük rüsumlarının qarşılıqlı olaraq azaldılıb.

Azmarka.az

Digər xəbərlər

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31