İqtisadiyyat
20.02.2021
147
Türkiyədən Azərbaycana avtomobil ixracı azalıb
2021-ci ilin yanvar ayında Türkiyədən Azərbaycana avtomobil ixracı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 16,5 faiz azalaraq 9,084 milyon dollar təşkil edib.
Milli.Az xəbər verir ki, bu barədə Türkiyənin Ticarət Nazirliyindən məlumat verilib.
Hesabat dövründə Türkiyədən dünya bazarlarına avtomobil ixracı 2,267 milyard dollar təşkil edərək keçən ilin eyni dövrü ilə müqayisədə 5 faiz azalıb.
Türkiyədən avtomobil ixracı yanvar ayında ölkənin ümumi ixracının 16,8 faizini təşkil edib.
Son 12 ayda (yanvar 2020 - yanvar 2021) Türkiyə 25,416 milyard dollar məbləğində avtomobil ixrac edib.
Azmarka.az