Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

“İran Azərbaycanla sənaye şəhərciyinin yaradılmasına hazırdır” – İranlı nazir

“İran Azərbaycanla müştərək sənaye şəhərciyinin Ərdəbil əyalətində yaradılmasına hazırdır”.

Bunu İranın sənaye, mədənlər və ticarət naziri Əlirza Rəzm Hüseyni Ərdəbil əyalətinin Parsabad sənaye şəhərciyinə baxış keçirdərkən deyib.

O bildirib ki, Azərbaycan və İran sərhədyanı rayonlarının əməkdaşlığı ilə müştərək sənaye şəhərciyinin yaradılması mümkindür:

"Lazımi razılıqlar əldə olunan kimi, bu sahədə müştərək sərmayə qoyuluşuna başlanılacaq. Müştərək sənaye şəhərciyində iki ölkənin müştərək zavodlarının tikilməsi üçün Ərdəbil əyalətində geniş potensial mövcuddur."

O qeyd edib ki, Azərbaycanla müştərək sənaye şəhərciyinin yaradılması İran iqtisadiyyatı üçün önəmli nailiyyətdir.

Bu iki ölkə arasında iqtisadi və müştərək əməkdaşlığı genişləndirəcək.

Azmarka.az

Digər xəbərlər

  • 26.02.2021
  • 9.02.2021
  • 8.02.2021
  • 5.02.2021
  • 28.01.2021
  • 25.01.2021
  • 19.01.2021
  • 23.12.2020
  • 21.12.2020
  • 29.10.2020
  • 22.09.2020
  • 21.09.2020
  • 15.09.2020
  • 15.09.2020
  • 9.09.2020

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930