Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

EİA 2021-ci il üçün Azərbaycanda orta gündəlik neft hasilatını açıqladı

ABŞ hökumətinin Enerji İnformasiyaları Administrasiyası (EIA) 2021-ci il üçün Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnozunu dəyişməz saxlayıb. Azmarka-nın məlumatına görə, “Report” bu barədə EIA-ın sonuncu “Short-Term Energy Outlook - October 2020” hesabatına istinadən xəbər verib.

EIA-ın yeni proqnozuna görə, gələn ilin birinci rübündə ölkədə orta gündəlik neft hasilatının 720 min barel təşkil edəcəyi proqnozlaşdırılır. Bu, 2020-ci ilin birinci rübünün göstəriciləri ilə müqayisədə 50 min barel və ya 6,5% azdır. 2020-ci ilin dördüncü rübünün göstəriciləri ilə müqayisədə isə bu rəqəm 20 min barel və ya 2,8% çoxdur.

Agentliyin hesabatına əsasən, 2021-ci ilin ikinci rübündə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnozunun 740 min barel olacağı gözlənilir. Bu, 2020-ci ilin ikinci rübü ilə müqayisədə 40 min barel və ya 5,7% çoxdur.

Agentlik hesab edir ki, növbəti ilin üçüncü rübündə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnoz 750 min barel olacaq. Bu isə 2020-ci ilin üçüncü rübünün göstəriciləri ilə müqayisədə 80 min barel və ya 11,9% çoxdur.

Növbəti ilin sonuncu rübündə isə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnozun da üçüncü rübdə olduğu qədər, yəni 750 min barel olacağı açıqlanıb. Bu isə bu ilin dördüncü rübünün gündəlik neft hasilatı üzrə proqnoz göstəricilərindən 50 min barel və ya 7,14% çoxdur.

Qeyd edək ki, 2021-ci ildə Azərbaycanda orta gündəlik neft hasilatı 740 min barel təşkil edəcəyi proqnozlaşdırılır. 2020-ci il üçün bu proqnoz göstərici 710 min barel təşkil edir.

Bundan başqa, EIA bu ilin üçüncü rübündə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnozunu dəyişməyib. Agentliyin yeni proqnozuna görə, 2020-ci ilin üçüncü rübündə Azərbaycanda orta gündəlik neft hasilatı 670 min barel təşkil edəcək. Bu, bu ilin ikinci rübünün göstəriciləri ilə müqayisədə 30 min barel və ya 4,3% azdır.

2020-ci ilin birinci rübü ilə müqayisədə isə Azərbaycanda gündəlik orta neft hasilatı üzrə proqnoz 100 min barel və ya 13% azalıb. 2019-cu ilin üçüncü rübünün göstəriciləri ilə müqayisədə də bu rəqəm 100 min barel azdır.

EIA-ın yenilənmiş proqnozuna görə, 2020-ci ilin dördüncü rübündə Azərbaycanda orta gündəlik neft hasilatı dəyişməz qalacaq və 700 min barel təşkil edəcək. Bu, ötən ilin axırıncı rübün göstəricilərindən 60 min barel və ya 7,9% azdır.

Qeyd edək ki, 2020-ci ildə Azərbaycanda orta gündəlik neft hasilatı 710 min barel təşkil edəcəyi proqnozlaşdırılır.




Azmarka.az

Digər xəbərlər

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031