Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Türkiyədən Azərbaycana avtomobil ixracı 10 faizdən çox azalıb

2021-ci ilin yanvar-fevral aylarında Türkiyədən Azərbaycana avtomobil ixracı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 11,5 faiz azalaraq 14,982 milyon dollar təşkil edib.

Bu barədə Türkiyənin Ticarət Nazirliyindən məlumat verilib.

Fevral ayında Türkiyədən Azərbaycana avtomobil ixracı 2020-ci ilin fevralı ilə müqayisədə 2,7 faiz azalaraq 5,898 milyon dollar təşkil edib.

Hesabat dövründə Türkiyədən dünya bazarlarına avtomobil ixracı 4,802 milyard dollar təşkil edərək keçən ilin eyni dövrü ilə müqayisədə 2,3 faiz azalıb.

Son 12 ayda (fevral 2020 - fevral 2021) Türkiyə 25,432 milyard dollar məbləğində avtomobil ixrac edib.

Azmarka.az

Digər xəbərlər

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930