Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Azərbaycanda ləğv olunan 4 bankın əmanətçilərinə 540 mln. manata yaxın kompensasiya ödənilib

Bu ilin iyunun 16-dan oktyabrın 5-dək Azərbaycan Beynəlxalq Bankı tərəfindən ləğv prosesində olan "AGBank" və "NBCBank"ın əmanətçilərinə 193,9 mln. manatdan çox kompensasiya ödənilib.

Əmanətlərin Sığortalaması Fondundan (ADIF) "APA-Economics"ə verilən məlumata görə, "AGBank" üzrə 4 178 əmanətçiyə 79,87 mln. manat, "NBCBank" üzrə isə 3 959 əmanətçiyə 114,04 mln. manat kompensasiya verilib.

İyunun 1-dən oktyabrın 5-dək "Kapital Bank" tərəfindən ləğv prosesində olan "Amrahbank" və "Atabank"ın əmanətçilərinə 345,91 mln. manatdan çox kompensasiya ödənilib.

Qeyd olunan müddət ərzində "Amrahbank" üzrə 5 581 əmanətçiyə ödənilən məbləğ 132,60 mln. manat, "Atabank" üzrə isə 9 208 əmanətçiyə 213,30 mln. manat kompensasiya verilib.

Ümumilikdə, oktyabrın 5-nə ləğv prosesində olan 4 bank üzrə 22 926 əmanətçiyə 539,83 mln. manatdan çox kompensasiya ödənilib.

Azmarka.az

Digər xəbərlər

  • 24.12.2020
  • 3.11.2020
  • 2.11.2020
  • 27.10.2020
  • 27.10.2020
  • 23.10.2020
  • 26.09.2020
  • 25.09.2020
  • 24.09.2020
  • 19.09.2020
  • 18.09.2020
  • 16.09.2020
  • 12.09.2020
  • 7.09.2020
  • 2.09.2020

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031