Əmlak
20.04.2021
166
Bakıda torpaq qiymətləri bahalaşıb
Bakıda mart ayında torpaq bazarında qiymətlərdə bahalaşma qeydə alınıb.
Azmarka.az bildirir ki, "MBA Group" konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimovun dediyinə görə, mart ayında Bakıda torpaq bazarında orta qiymət 20719 manat/sot olub.
Onun sözlərinə görə, qiymətlərdə 4,42 faiz bahalaşma qeydə alınıb.
Ekspert qeyd edib ki, qiymət bahalaşmasının səbəblərindən biri mövsümlə əlaqədar torpaq sahələrinə tələbatın artmasıdır.
Azmarka.az