Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi apreldə 10% azalıb

Bu ilin aprel ayında Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə banklar 36,324 mln. manat həcmində 503 ipoteka krediti verib.

İKZF verdiyi məlumata görə, bu mart ayı ilə müqayisədə 10,1% azdır. Cari ilin yanvar-aprel aylarında isə 132,931 mln. manatlıq ipoteka krediti verilib ki, bu da ötən ilin eyni ayları ilə müqayisədə 2,1 dəfə çoxdur.

Qeyd edək ki, indiyədək İKZF xətti ilə ümumi 1 773 653 844 manat məbləğində 33 375 ipoteka krediti verilib. Zəmanət verilmiş kreditlərin ümumi məbləği 231 270 000 manat təşkil edib, kirayəçilərin istifadəsinə verilən yaşayış sahələrinin sayı isə 774-ə bərabər olub.

Azmarka.az

Digər xəbərlər

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930