Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Bakının mənzil bazarında kəskin ucuzlaşma

Bakıda ilkin mənzil bazarında qiymətlər ucuzlaşıb.

Azmarka.az xəbər verir ki, "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimovun Trend-ə bildirdiyinə görə, avqust ayı ərzində ilkin mənzil bazarında qiymətlər 4.5 faiz, il ərzində 4.21 faiz azalıb.

Onun sözlərinə görə, təkrar mənzil bazarında ay ərzində 0.3 faiz qiymət artımı müşahidə edilib, il ərzində isə stabil qalıb.

Ekspert bildirib ki, qiymət artımı həm mövsümi xarakter daşıyır, həm də koronavirus pandemiyası ilə əlaqdardır. Yəni hər iki amil qiymətlərə öz təsirini göstərir.

N.İbrahimov qeyd edib ki, növbəti aylar ərzində qiymət artımı olar bilər: "Hazırda qeyri-müəyyənlikdir. Pandemiya hər şeyə təsir göstərib, amma adətən payız ayları, ilin sonuna doğru qiymət artımı müşahidə edilir. Yəqin ki, bu il qiymətlərin artması istisna olmayacaq. Təbii ki, əvvəlki kimi olmasa da qiymət artımı müəyyən qədər müşahidə ediləcək".


Azmarka.az

Digər xəbərlər

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031