Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Bakıda fərdi yaşayış və bağ evlərinin kirayə qiyməti 20 faizə qədər bahalaşıb

Bakıda fərdi yaşayış və bağ evlərinin kirayə qiyməti bahalaşıb.

"MBA Group" konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov deyib ki, iyun ayı ərzində fərdi yaşayış və bağ evlərinin kirayə qiyməti ötən aya nisbətən 11.5 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 14.17 faiz bahalaşıb.


Ekspert bildirib ki, kirayə qiymətləri evlərin ümumi qiymətinə görə fərqlənib. Belə ki, bahalı fərdi yaşayış və bağ evlərinin kirayə qiyməti ay ərzində 3.16 faiz, il ərzində isə 2.8 faiz ucuzlaşıb.


Lakin orta qiymətə olan fərdi yaşayış və bağ evlərinin kirayə qiyməti ay ərzində 4.51 faiz, ötən illə müqayisədə isə 20.31 faiz bahalaşıb.


Ucuz evlərin qiymətində artım ay ərzində 2.24 faiz, il ərzində isə 9.17 faiz olub.


N.İbrahimov bildirib ki, bahalaşma mövsümi xarakter daşıyır:

"Yayla əlaqədar fərdi yaşayış və bağ evlərinə tələbat artdığı üçün qiymətlərdə bahalaşma müşahidə olunur".

Azmarka.az

Digər xəbərlər

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930