Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Tələbələrin gəlişi Bakıda kirayə mənzillərin qiymətini BAHALAŞDIRDI

Bakıda avqust ayında kirayə mənzillərin qiymətində 0,36 faiz artım baş verib.

Azmarka.az xəbər verir ki, bu barədə Trend-ə "MBA Group" konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov deyib.

N.İbrahimov bildirib ki, kirayə mənzillərin 1 kvadrat metrinin orta qiyməti 8,33 manatdan 8,36 manata yüksəlib. O qeyd edib ki, ay ərzində artım 0,36 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 3,47 faiz təşkil edib.

Ekspert vurğulayıb ki, ali təhsil müəssisələrində dərslərin açılması da kirayə mənzillərin qiymətinə təsir edib. Hətta tələbələrin bir hissəsi dərslərin bərpa olunması elan olunmazdan əvvəl kirayə mənzillər tutmuşdular.

Əmlak üzrə ekspert bildirib ki, ümumi şəhər üzrə kirayə mənzillərin orta qiyməti 775 manat, o cümlədən 1 otaqlı mənzil 350 manat, 2 otaqlı mənzil 449 manat, 3 otaqlı mənzil 542 manat, 4 otaqlı mənzil 869, 5 otaqlı mənzil isə 1156 manat olub.


Azmarka.az

Digər xəbərlər

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930