Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

OPEC+ razılaşmasının yerinə yetirilməsi dəyərləndirildi

OPEC+ formatının iştirakçısı ölkələri gündəlik neft hasilatını sentyabr ayında 410 min barel azaldaraq 34,18 milyon barelə endirərək müvafiq razılaşmanı avqust ayındaklı 97 faizə qarşı sentyabrda 103 faiz yerinə yetirib.

“Report” xəbər verir ki, Beynəlxalq Enerji Agentliyinin (İEA) oktyabr hesabatına görə, o cümlədən OPEC üzv ölkələri razılaşmanı 106 faiz, qeyri-OPEC ölkələri isə 99 faiz yerinə yetiriblər.

Xatırladaq ki, mayın birindən qüvvəyə minən yeni razılaşmaya əsasən iştirakçı ölkələr may – iyul ayları ərzində gündəlik hasilatı 9,7 milyon barel, avqust – dekabr ayları ərzində 7,7 milyon barel, 2021-ci ilin yanvar ayından 2022-ci ilin aprel ayının sonunadək isə 5,8 milyon barel azaltmalıdır. Bununla belə 2021-ci ilin dekabr ayında razılaşmanın şərtləri dəyişdirilə bilər.

Azmarka.az[b][/b]

Digər xəbərlər

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031