Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

OPEC+: İyul ayından sonra inkişaf etmiş ölkələrdə neft kəsiri yaranacaq

Cari ilin üçüncü rübündən etibarən OECD ölkələrində kommersiya neft ehtiyatlarının kəsiri yaranacaq.

Azmarka.az xəbər verir ki, bu barədə OPEC+ texniki komitəsinin bu gün videoformatda keçirilən iclasında bildirilib.

May – iyul ayları dövründə gündəlik hasilatı 2 milyon barel artırmaq barədə OPEC+ formatı çərçivəsində verilən qərar nəzərə alınsa, ilin ikinci rübündə OECD ölkələrindəki neft ehtiyatlarının həcmi 2015-2019-cu illərin orta səviyyəsini cəmi 1 milyon barel üstələməli, üçüncü rübdə 71 milyon barel, dördüncü rübdə isə 109 milyon barel az olmalıdır.

Neft bazarındakı tələbatın gündəlik 6 milyon bareldən ləng artacağını nəzərdə tutan digər varianta görə isə OECD ölkələrindəki kommersiya ehtiyatlarının həcmi 2015-2019-cu illərin orta rəqəmindən cari ilin üçüncü rübündə 9 milyon barel, dördüncü rübdə isə 37 milyon barel çox olacaq.


Azmarka.az

Digər xəbərlər

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031