Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Azərbaycanda noyabrda gündəlik 589 min barel xam neft hasil edilib

Bu ilin noyabr ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 708,4 min barrel olub. Bunun 588,9 min barelini xam neft, 119,5 min barelini isə kondensat təşkil edib.

Azmarka.az xəbər verir ki,bu barədə Energetika Nazirliyindən məlumat verilib.
OPEC+ ölkələri nazirlərinin 21-ci iclasında qəbul edilmiş razılaşma çərçivəsində Azərbaycanda gündəlik xam neft hasilatının noyabrda daha 7 min barrel artırılaraq 647 min barelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 71 min barel həcmində olması nəzərdə tutulurdu.

Nazirlərin 22-ci iclasında qəbul edilmiş razılaşma çərçivəsində isə Azərbaycanın hasilatın azaldılması ilə bağlı öhdəliyi dekabrda gündəlik 64 min barrel təşkil edir. Bu isə ölkəmizdə xam neftin ötən ayla müqayisədə dekabrda gündəlik olaraq 7 min barel çox, yəni 654 min barel istehsalına imkan yaradır.



Azmarka.az

Digər xəbərlər

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930