Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Azərbaycanda dekabrda gündəlik xam neft hasilatı 597,1 min barel olub

2021-ci ilin dekabr ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 717,6 min barel olub.

Azmarka.az-ın verdiyi məlumata görə, bunun 597,1 min barelini xam neft, 120,5 min barelini isə kondensat təşkil edib.

Qeyd edək ki, “OPEC plus” ölkələri nazirlərinin 22-ci iclasında qəbul edilmiş “Əməkdaşlıq Bəyannaməsi” çərçivəsində Azərbaycanın hasilatın azaldılması ilə bağlı öhdəliyinin dekabrda gündəlik 64 min barrel təşkil edəcəyi, gündəlik xam neft hasilatını isə noyabr ayı ilə müqayisədə 7 min barel artırmaqla 654 min barel həcmində saxlaması nəzərdə tutulurdu.

Nazirlərin 23-cü iclasında qəbul edilmiş razılaşma çərçivəsində isə Azərbaycanda gündəlik xam neft hasilatının 2022-ci ilin yanvarında daha 7 min barel artırılaraq 661 min barelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 57 min barel həcmində olması nəzərdə tutulur.



Azmarka.az

Digər xəbərlər

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930