Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Apreldə Azərbaycanda gündəlik 579,1 min barel xam neft hasil olunub

Bu ilin aprel ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 693,1 min barel olub.

Energetika Nazirliyinin verdiyi məlumata görə, bunun 579,1 min barelini xam neft, 114 min barelini isə kondensat təşkil edib.

Xatırladaq ki, “OPEC plus” ölkələri nazirlərinin 26-cı iclasında qəbul edilmiş razılaşmaya əsasən, Azərbaycanda gündəlik xam neft hasilatının 2022-ci ilin aprelində daha 7 min barel artırılaraq 682 min barelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 36 min barel həcmində olması nəzərdə tutulurdu.

Azmarka.az

Digər xəbərlər