Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

IFC dənizdə külək enerjisinin inkişafında Azərbaycana dəstək verəcək

“Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycana investisiya qoyuluşları 2023-cü maliyyə ilində arta bilər”.

Bunu Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Cənubi Qafqaz üzrə regional meneceri İvana Fernandes Duarte deyib.

Onun sözlərinə görə, əsas diqqət iqtisadi dayanıqlılığın artırılmasına, bərpa olunan enerji sahələrinə, kapital bazarının inkişafına və s. ayrılacaq.

O, Azərbaycanın "Dənizdə külək enerjisinin inkişafı üzrə Yol Xəritəsi" haqqında danışıb, bu layihənin yeni həyata keçirildiyini və Azərbaycanın bərpa olunan enerji növlərinin bu seqmentini inkişaf etdirmək üçün çox böyük potensiala malik olduğunu vurğulayıb.

“Bu çox vaxt aparacaq, lakin IFC Azərbaycanı bu istiqamətdə dəstəkləmək niyyətindədir”, - İ.F.Duarte bildirib.

Azmarka.az

Digər xəbərlər

  • 21.06.2022
  • 21.06.2022
  • 7.06.2022
  • 3.06.2022
  • 13.01.2022
  • 13.01.2022
  • 18.11.2021
  • 8.07.2021
  • 12.03.2021
  • 10.02.2021
  • 8.02.2021
  • 5.02.2021
  • 28.10.2020
  • 13.10.2020
  • 23.09.2020

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930