Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

EİA bu il üçün Azərbaycanda neft hasilatı üzrə proqnozunu 5 %-dən çox artırıb

2021-ci ildə Azərbaycanda orta gündəlik neft hasilatı 770 min barel təşkil edəcəyi proqnozlaşdırılır.

Bu barədə ABŞ-ın Energetika Nazirliyinin Enerji İnformasiyaları Administrasiyası (EIA) “Short-Term Energy Outlook – March 2021” hesabatına istinadən xəbər verir.

Bu il üçün neft hasilatı üzrə proqnoz daha öncə verilən proqnozla müqayisədə 40 min barel və ya 5,48 % artaraq dəyişib.

Bu ilin birinci rübündə ölkədə orta gündəlik neft hasilatının 750 min barel olacağı gözlənilir. Bu, daha öncə fevral ayında verilən proqnozdan 50 min barel və ya 7,14 % çoxdur.

Bu ilin ikinci rübdə isə Azərbaycanda gündəlik neft hasilatı 760 min barel olacağı gözlənilir. Agentliyin hesabatına əsasən, bu, EIA-in fevral hesabatında verilən proqnozdan 30 min barel və ya 4,11 % çoxdur. Müvafiq olaraq bu proqnoz 2020-ci ilin ikinci rübü ilə müqayisədə isə 60 min barel və ya 8,57 % çoxdur.

Agentlik hesab edir ki, bu ilin üçüncü rübündə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnoz 770 min barel olacaq. Bu da daha əvvəlki proqnozla müqayisədə 30 min barel və ya 4,05 % çoxdur. 2020-ci ilin üçüncü rübünün göstəriciləri ilə müqayisədə isə 100 min barel və ya 14,92 % çoxdur.

Bu ilin sonuncu rübündə isə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnozu 790 min barel olacağı açıqlanıb. Bu da qurum tərəfindən fevral ayında açıqlanan proqnozla müqayisədə 40 min barel və ya 5,33 % çoxdur. Bu proqnoz isə ötən ilin dördüncü rübünün gündəlik neft hasilatı üzrə göstəricilərindən 100 min barel və ya 14,5 % çoxdur.

Azmarka.az

Digər xəbərlər

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930