Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

NASA Aya göndərilməsi planlaşdırılan astronavtların adlarını açıqladı

ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) yeni “İnsanlı Ay” proqramında iştirak edəcək 18 astronavtı rəsmi olaraq təqdim edib. Azmarka.az xarici KİV-ə istinadən xəbər verir ki, doqquz kişi və doqquz qadın Artemis proqramına təyin olunmuş ilk astronavt qrupudur, onların yarısı əvvəlcədən kosmosa uçub. Artemis astronavtlarından ikisi, Viktor Qlover və Keyt Rubins hazırda “SpaceX” şirkətinə məxsus “Crew Dragon” kosmik gəmisininin ilk tam heyətinin tərkibində Beynəlxalq Kosmik Stansiyada xidmət edirlər.

Artemis astronavtları arasında keçən il dünyada ilk dəfə yalnız qadınlardan ibarət qrupun tərkibində Beynəlxalq Kosmik Stansiyada açıq kosmosa çıxan Kristina Koç və Cessika Meir də var.

NASA-nın Floridadakı “Kennedy Kosmik Mərkəzində” keçirilən təqdimat mərasiminə rəhbərlik edən vitse-prezident Mayk Pens Artemis astronavtlarını "Amerika kosmik araşdırmalarının gələcəyi” adlandırıb və bu gələcəyin parlaq olacağını vurğulayıb.

Artemisin təxmini olaraq gələn il üçün planlaşdırılan ilk missiyası NASA-nın yeni güclü kosmik uçuş sisteminin və insanları Aya və Marsa daşımaq üçün hazırlanmış dərin kosmik Orion kapsulunun pilotsuz sınaq uçuşu olacaqdır.

NASA 2024-cü ildə Artemis heyətini aya endirmək məqsədinə çatsa, bu, 1972-ci ildə həyata keçirilən əfsanəvi Apollon proqramından sonra ikinci insanlı ay missiyası olacaq.


Azmarka.az

Digər xəbərlər

  • 23.12.2020
  • 22.12.2020
  • 19.12.2020
  • 12.11.2020
  • 6.11.2020
  • 31.10.2020
  • 26.10.2020
  • 21.10.2020
  • 21.10.2020
  • 19.10.2020
  • 19.10.2020
  • 15.10.2020
  • 10.10.2020
  • 21.09.2020
  • 10.09.2020

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031