Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

“Apple” “iPhone” istehsalı planını 20%-dən çox azaldır

“Apple” şirkəti 2021-ci ilin ilk yarısında dekabr ayındakı planından təxminən 22% daha az “iPhone” istehsal etməyi planlaşdırır.

Bu barədə Yaponiyanın “Nikkei” qəzeti vəziyyətlə tanış olan mənbələr məlumat verib.

Mənbələrin sözlərinə görə, keçən ilin sonunda “Apple” tədarükçülərə 2021-ci ilin ilk yarısında 96 milyon smartfon üçün komponent və detal təmin etmələrini söyləyib. Bu rəqəm özündə “iPhone12”nin bütün seriyasını, eləcə də “iPhone 11” və “iPhone SE” seriyasını ehtiva edib.

“Hazırda şirkət təxminən 75 milyon cihaz istehsal etməyi planlaşdırır. Bu, keçən ilin eyni dövrü ilə müqayisədə bir qədər yüksək rəqəmdir”, - nəşr qeyd edir. Mənbələrin sözlərinə görə, şirkət tədarükçülərə 2021-ci ildə 230 milyon “iPhone” buraxmaq niyyətində olduğunu söyləyib, bu isə keçən ilə nisbətən 11% çoxdur.

Eyni zamanda, mənbələr ilin ilk yarısında ən çox “iPhone 12 mini” istehsalı ilə bağlı planların yenidən nəzərdən keçirildiyini bildirib. “Bəzi tədarükçülərdən hətta sırf mini üçün olan komponentlərin istehsalını müvəqqəti dayandırmaq istənilib. Bəzi komponentlər və detallar isə “iPhone 12 Pro” və “iPhone 12 Pro Max”a yönləndirilib”, - mənbələr “Nikkei”yə bilgi ötürüb.

Azmarka.az

Digər xəbərlər

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031