Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Güney Azərbaycanda daha bir şəhərin bələdiyyə başqanı həbs edildi

Güney Azərbaycanın Urmiyə şəhərinin bələdiyyə başqanı Məhəmməd Həzrətpur təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. Azmarka.az-ın xəbərinə görə, bu barədə İranın informasiya agentliklərinin yaydığı məlumatda bildirilir.

Məhəmməd Həzrətpurun həbsinin səbəbləri barədə hələlik heç nə bəlli deyil, ancaq onun korrupsiya ittihamı ilə əlaqədar nəzarət altına alındığı güman edilir.

Şəhər məclisinin bir üzvü Urmiyə bələdiyyə başqanının həbs edilməsi haqda məlumatı təsdiqləyib.

Keçən il İRNA xəbər agentliyi Urmiyə Bələdiyyəsində 7 müdir, mütəxəssis və vasitəçinin tutularaq məhkəmə orqanlarına təhvil verildiyi barədə məlumat yaymışdı.

Həmçinin 2020-ci ildə Mahabad şəhərinin də şəhər məclisi ləğv edilib.

Mahabadın ümumi və inqilab prokuroru bu şəhərin bələdiyyə və şəhər məclisinin korrupsiya iddiası ilə bağlı 20 nəfərdən çox şəxsin həbs edilməsini bildirib. Onun dediklərinə görə, həbs edilənlərin 6-sı Mahabad şəhərinin şəhər məclisinin üzvləridir.

Son günlər ərzində Güney Azərbaycanın Marağa şəhərinin bələdiyyə başqanının da korrupsiya ittihamı ilə əlaqədar həbs edildiyi bildirilib.

Keçən il isə bir neçə şəhərdə o cümlədən, Təbriz, Zəncan, Marağa, Urmiyə, Mahabad və Tufarqan (Azərşəhr) şəhərlərində bir çox sayda bələdiyyə rəsmisi və şəhər məclisi üzvləri korrupsiya ittihamı ilə əlaqədar həbs edilib.

Onu da deyək ki, ümumilikdə İranda şəhər məclisləri və bələdiyyə rəsmiləri arasında rüşvət və korrupsiya xəbərləri, həmçinin bu qurumların üzvlərinin həbs edilmə xəbəri son illərdə daha sıx şəkildə yayılır.


Azmarka.az

Digər xəbərlər

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031