Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Azərbaycan Mərkəzi Bankı "FNC” BOKT-a lisenziya verib

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə "FNC” QSC bank olmayan kredit təşkilatına (BOKT) lisenziya verilib.

Azmarka.az bu barədə tənzimləyici quruma istinadən xəbər verir.

Məlumata görə, bununla da ölkədə lisenziyası olan BOKT-ların sayı 53-ə çatıb.

Xatırladaq ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "FNC”ni bu ilin fevral ayında dövlət qeydiyyatına alıb. Onun hüquqi ünvanı Sumqayıt şəhəri, 6-cı mikrorayon, Gənclik küçəsi, ev 35L, mənzil 2, nizamnamə kapitalı BOKT-lar üçün müəyyən edilmiş minimum tələbə uyğun – 300 min manat, qanuni təmsilçisi isə Cavid Vaqif oğlu Əzizovdur.


Azmarka.az

Digər xəbərlər

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930