Maliyyə
18.09.2020
463
"Cocuq Mərcanlı Kredit İttifaqı" adını dəyişir
2018-ci ilin yanvar ayında yaradılmış və Azərbaycan Mərkəzi Bankından hələ lisenziya almamış "Cocuq Mərcanlı Kredit İttifaqı" MMC adını "Zirvə Kredit İttifaqı"na dəyişdiyini elan edib.
“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.
Xatırladaq ki, sözügedən maliyyə qurumu 4 400 manat nizamnamə kapitalı ilə yaradılıb. Onun hüquqi ünvanı Biləsuvar rayonu, 4-cü qəsəbə, ev 287, qanuni təmsilçisi isə Qədir Əli oğlu Quliyevdir.
Azmarka.az