Maliyyə
10.10.2020
458
Rusiyadan kapital axını kəskin artıb - iki ayda ölkədən 35 milyard dollardan çox pul çıxarılıb...
Bu ilin yanvar-sentyabr aylarında Rusiyadan kapital axını 35,5 milyard ABŞ dolları təşkil edib. Bu barədə Rusiya Bankı (Mərkəzi Bank) məlumat yayıb.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 65,5% çoxdur.
Xatırladaq ki, 2019-cu ildə Rusiyadan kapital axını 2018-ci ilə nisbətən 57,6% azalaraq 26,7 milyard dollar olub.
2020-ci ilin 9 ayında Rusiyanın xarici ticarət dövriyyəsinin müsbət saldosu isə 64,8 milyard dollar təşkil edib. Bu isə illik müqayisədə 47,4% və yaxud 1,9 dəfə azdır.
Azmarka.az