Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Koronavirusla bağlı metroda yoxlamalara başlanılıb?

Son günlər Bakı metrosunda polis əməkdaşları tərəfindən aparılan yoxlamalar daha da gücləndirilib.

Xüsusi yoxlama cihazından əlavə, polislər metroya daxil olan vətəndaşlardan şəxsiyyət vəsiqələrini də tələb edirlər.

Məsələ ilə bağlı sualını cavablandıran Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, həmin yoxlamalar metroya daxil olan COVID-19 xəstələrinin müəyyən edilməsi üçündür. Bu yoxlamalar metroya daxil olarkən aparılır və kütləvi deyil.

Qeyd edək ki, Operativ Qərargahdan verilən məlumata görə, dünən Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 5 yeni yoluxma faktı qeydə alınıb, 8 nəfər müalicə olunaraq sağalıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 792 673 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 782 912 nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər vəfat edib, 52 aktiv xəstə sayı nəfərdir.

Azmarka.az

Digər xəbərlər

  • 15.05.2022
  • 15.01.2022
  • 17.08.2021
  • 17.07.2021
  • 21.06.2021
  • 16.06.2021
  • 15.06.2021
  • 10.03.2021
  • 9.03.2021
  • 17.01.2021
  • 6.01.2021
  • 4.12.2020
  • 30.10.2020
  • 17.10.2020
  • 13.10.2020

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930