Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

“Aqrar Tədarük və Təchizat” ASC auditor seçir

Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqrar Tədarük və Təchizat” ASC 2020-ci il üzrə illik maliyyə hesabatını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının auditinin keçirilməsi üçün açıq tender elan edib.

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 100 manatdır.

İddiaçılar ilkin sənədləri noyabrın 26-sı, saat 09:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə dekabrın 4-ü, saat 11:00-a qədər qurumun Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəs, Xocasən yolu, 57 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər. Əlaqələndirici şəxs qurumun baş mütəxəssisi Kazım Hüseynovdur. Telefon: (012) 599-86-74.

Təkliflərə dekabrın 7-si, saat 09:00-da qeyd olunan ünvanda baxılacaq. İş ən gec 1 il müddətində təhvil verilməlidir.

Azmarka.az

Digər xəbərlər

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031