Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Liviya "OPEC+"a qoşula bilər

Liviya gündəlik neft hasilatının 1,7 mln. barel səviyyəsində olması şərti ilə "OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşmasına qoşula bilər.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu ölkənin Milli Neft Korporasiyasının (MOK) rəhbəri Mustafa Sanalla deyib.

Məlumata əsasən, hazırda ölkədə gündəlik neft hasilatı 1 mln. barel səviyyəsindədir. Bir ay ərzində bu göstəricinin 1,3 mln. barelə çatdırılması planlaşdırılır. Bununla yanaşı, Liviyanın növbəti 5 il ərzində gündəlik neft hasilatını 2,1 mln. barelə çatdırmaq planı var.

Xatırladaq ki, Liviya Venesuela və İranla birlikdə neft sektorundakı qeyri-sabit vəziyyət səbəbindən "OPEC+" çərçivəsində neft hasilatını azaltmaq öhdəliklərindən azad edilib. Beləliklə, ölkədəki iki siyasi qüvvənin qarşıdurması fonunda neft obyektlərinin bloklanması səbəbindən yanvar ayından sentyabr ayının sonunadək neft hasilatı təxminən 1,2 mln. barel azalaraq 100 min barel təşkil edib.

Azmarka.az

Digər xəbərlər

  • 17.11.2020
  • 26.10.2020
  • 23.10.2020
  • 21.10.2020
  • 19.10.2020
  • 14.10.2020
  • 14.10.2020
  • 14.10.2020
  • 14.10.2020
  • 13.10.2020
  • 7.10.2020
  • 7.10.2020
  • 17.09.2020
  • 10.09.2020
  • 10.09.2020

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930