Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

"PAŞA Həyat" ünvanını dəyişdi – Azmarka-nın xəbəri

"PAŞA Həyat" şirkəti artıq yeni ünvanda fəaliyyət göstərəcək. Azmarka.az-ın məlumatına görə, bu il 10 illik yubileyini qeyd edən Azərbaycanın aparıcı həyat sığortası şirkəti “PAŞA Həyat” Bakı şəhəri, M.Useynov prospekti 61 nömrəli ünvanda (Əl Oyunları Sarayı ilə üzbəüz) yerləşən “Sahil Plaza” adlanan binaya köçür.

Qeyd edək ki, bundan öncə “PAŞA Həyat” şirkətinin baş ofisi Bakı, Mayakovski küçəsi 15 nömrəli ünvanda yerləşirdi.

Şirkətin baş ofisi sentyabrın 14-dən etibarən yeni ünvanda fəaliyyətə başlayıb.

“PAŞA Holding” şirkətlər qrupuna daxil olan “PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyəti 24.11.2010-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 14.02.2011-ci il tarixli lisenziyası əsasında həyat sığortası sahəsi üzrə xidmətlərin həyata keçirilməsi istiqamətində fəaliyyət göstərir.

Təsis olunduğu zaman "PAŞA Həyat Sığorta" ASC-nin nizamnamə kapitalı 7.000.000 (yeddi milyon) AZN təşkil edirdisə, fəaliyyətinin ilk 3 ilinin nəticəsi olaraq Cəmiyyətin nizamnamə kapitalı 5,75 dəfə artırılaraq, hazırda 40.250.000 (qırx milyon iki yüz əlli min) manata çatdırılmışdır.

"PAŞA Həyat Sığorta" ASC dinamik inkişaf edən universal həyat sığortası şirkəti olmaqla hazırda Azərbaycan Respublikasının Sığorta qanunvericiliyi ilə nəzərdə tutulmuş həyat sığortası sinfinə aid olan bütün növ məhsulları müştərilərinə təqdim edir.

"PAŞA Həyat Sığorta" ASC İcbari Sığorta Bürosunun iştirakçısıdır.



Ayxan Cəfərli,
Azmarka.az

Digər xəbərlər

  • 22.12.2020
  • 15.12.2020
  • 13.12.2020
  • 26.11.2020
  • 19.11.2020
  • 19.11.2020
  • 4.11.2020
  • 4.11.2020
  • 27.10.2020
  • 10.10.2020
  • 2.10.2020
  • 24.09.2020
  • 21.09.2020
  • 18.09.2020
  • 18.09.2020

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031