Dövlət Turizm Agentliyi 6 milyon manatlıq tenderin qalibini açıqlayıb

Azərbaycan Dövlət Turizm Agentliyi 2022-ci il ərzində xarici ölkələrdə keçiriləcək tədbirlərdə turizmlə bağlı təşkilati işlər və reklam kampaniyasının həyata keçirilməsi xidmətlərinin satın alınması üzrə tenderə yekun vurub.

Dövlət vahid elektron satınalmalar portalı xəbər verir ki, tenderin qalibi "Bakı Media Mərkəzi" MMC seçilib.

Tərəflər arasında bağlanan dörd aylıq müqavilənin dəyəri 6 milyon 30 min 258.89 manat təşkil edir.

Azmarka.az