Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Ağstafa Atçılıq Kompleksində acınacaqlı durum: Dilbaz atlar yerinə inək, qoyun və… - VİDEO

2019-cu ildə Prezident İlham Əliyev Ağstafa rayonunda Dilbaz Atçılıq təsərrüfatı üçün yeni kompleksin tikintisi ilə bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, kompleksin tikintisinə təkcə Kənd Təsərrüfatı Nazirliyinin xəttilə 5 milyon manat vəsait ayrılıb.

Rəsmi məlumatlarda qeyd olunur ki, dözümlüyü və dağlıq şəraitdə minik üçün uyğun olması ilə səciyyələnən Dilbaz at cinsinin inkişaf etdirilməsi ilə bağlı Ağstafada 15 hektar ərazidə müasir tələblərə cavab verən təsərrüfat salınıb. Burada ofis binası, qapalı yem anbarı, camaşırxana, tövlələr və digər tikililər var.

Bəs real vəziyyət necədir?

Azmarka.az-ın "Teleqraf"a istinadən məlumatına görə, bununla bağlı redaksiyaya təqdim olunan video-materiallar Ağstadakı Atçılıq Mərkəzi rəsmilərinin mətbuata dedikləri ilə üst-üstə düşmür.

Ağstafadakı mənzərənin şahidi olan Azərbaycan atçıları redaksiyamıza ünvanladıqları müraciətdə bildirilər ki, qeyd olunan mərkəzə büdcədən milyonlarla vəsait pul ayrılıb və həqiqətən də beynəlxalq standartlara uyğun komleks tikilib: "Amma Dilbaz cinsli atların əvəzinə iri buynuzlu mal-qara və adi kənd atları saxlanılır. Komleksdə 15-20 baş saf cins Dilbaz atı ola, ya olmaya. Sizə təqdim etdiyimiz video materiallarda da bunların şahidi olacaqsınız”.

Azərbaycan atçıları Prezident İlham Əliyevə və digər aidiyyəti qurumların rəhbərlərinə müraciət edərək Ağstafadakı Dilbaz Atçılıq Kompleksində acınacaqlı vəziyyətin aradan qaldırılması üçün müvafiq tədbirlər görülməsini xahiş ediblər.

Qeyd edək ki, Dilbaz atlarının uzunmüddətli xalq seleksiyası yolu ilə yaradılıb. Orta əsrlərdən XIX əsrin sonlarına, XX əsrin əvvəllərinə kimi cinsin köhnə tiplərinin rəngindən asılı olaraq onu “göydəmir”, “göydəmir türk atı”, yaxud sadəcə “boz at” adlandırıblar. 1950-1960-cı illərdə bu at onun əsas vətəni hesab edilən bölgənin adı ilə “Qazax” adlandırılırdı. 1960-1970-ci illərdə müxtəlif sənədlərdə, kitablarda, elmi əsərlərdə “Qazax (Dəliboz)”, “Qazax (Diliboz)”, “Qazax (Azərbaycan)”, “Diliboz” və sair variantlar da işlədildi.




Azmaraka.az

Digər xəbərlər

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031