Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Ermənistan Naxçıvandakı mövqelərimizi atəşə tutdu: Hərbçimiz yaralandı

Mayın 27-dən 28-nə keçən gecə ərzində Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Aşağı Buzqov yaşayış məntəqəsi yaxınlığında yerləşən mövqelərimiz Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdə açdığı atəşə məruz qalıb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Nəticədə hərbi qulluqçu əsgər Muradov Elxan İlham oğlu çiynindən yaralanıb. Yaralı əsgərimizə dərhal ilkin tibbi yardım göstərilərək hospitala təxliyə edilib. Hərbi qulluqçumuzun həyatı üçün heç bir təhlükə yoxdur.

Müdafiə Nazirliyinin rəhbərliyi yaralı əsgərin tezliklə şəfa tapmasını diləyir.

Əlahiddə Ümumqoşun Ordunun bölmələrinin cavab atəşi ilə qarşı tərəf susdurulub. Əməliyyat şəraiti Azərbaycan ordusunun tam nəzarəti altındadır.

“Bildiririk ki, Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan sahəsində vəziyyətin nisbi gərginləşdirilməsinə görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür. Ermənistan tərəfini təxribatlar törətməkdən, vəziyyətin gərginləşməsinə səbəb olacaq digər addımlardan çəkinməyə və məsuliyyətli davranmağa çağırırıq”, - deyə Müdafiə Nazirliyi bəyan edib.

Azmarka.az

Digər xəbərlər

  • 27.05.2021
  • 27.05.2021
  • 27.05.2021
  • 27.05.2021
  • 26.05.2021
  • 25.05.2021
  • 25.05.2021
  • 22.04.2021
  • 9.02.2021
  • 28.12.2020
  • 24.10.2020
  • 3.10.2020
  • 3.10.2020
  • 27.09.2020
  • 21.09.2020

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031