Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Şəhid jurnalist valideynlərinin məzarı yanında dəfn olunacaq

Kəlbəcərdə minaya düşərək dünyasını dəyişən AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimovun dəfn olunacağı yer müəyyənləşib.

Azmarka.az bildirir ki, bu barədə jurnalistlərə açıqlamasında M.İbrahimovun qardaşı Əsgər İbrahimov bildirib.

Onun sözlərinə görə, M.İbrahimov bu gün Abşeron rayonu, Müşviqabad qəsəbəsindəki qəbiristanlıqda valideynlərinin məzarı yanında dəfn olunacaq.

Qeyd edək ki, dünən səhər saatlarında Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində hərəkət olan yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi tank əleyhinə minaya düşüb. Partlayış nəticəsində çəkiliş qrupunun iki üzvü, Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov, habelə rayon icra hakimiyyətinin nümayəndəsi Arif Əliyev həlak olub, 4 nəfər isə yaralanıb.

Azmarka.az

Digər xəbərlər

  • 4.06.2021
  • 4.06.2021
  • 4.06.2021
  • 4.06.2021
  • 4.06.2021
  • 4.06.2021
  • 4.06.2021
  • 4.06.2021
  • 4.06.2021
  • 4.06.2021
  • 4.06.2021
  • 20.05.2021
  • 5.02.2021
  • 14.01.2021
  • 28.11.2020

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930