Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Ukraynalı jurnalist: "İşğalçıların Qarabağdakı cinayətlərinin sübutlarını toplamaq çox vacibdir"

“Mən özüm Krımdanam, ona görə də Azərbaycan xalqının Qarabağla bağlı ağrısını tam anlayıram”.

Bunu Gəncəyə səfər edən ukraynalı jurnalist, teleaparıcı Taras Berezovets deyib.

O qeyd edib ki, bu, təkcə Azərbaycanın deyil, Ukrayna xalqının da faciəsidir: “Biz Cəbrayıl, Şuşa, Füzulidə ermənilərin törətdikləri dağıntı və faciələri gözümüzlə gördük. İndi isə Gəncədəyik. 44 günlük müharibə haqqında çox oxumuşuq, məlumatlar vermişik. Mən özüm bu barədə çox yazmışam. İndi isə mülki şəxslərin öldürüldüyü yeri canlı görmək imkanımız var. İnsanlara bomba sığınacağında gizlənmək imkanı olmadıqda atəş açmaq təkcə bunu edənlərin deyil, həm də əmr verən cinayətkarların vəhşiliyinin sübutudur”.

Ukraynalı jurnalist deyib ki, Azərbaycanın beynəlxalq məhkəmələrdəki fəaliyyətini yaxından izləyir: “İşğalçıların Qarabağ ərazisində törətdikləri cinayətlərin bütün sübutlarını toplamaq çox vacibdir, çünki söhbət təkcə mülklərin məhv edilməsindən getmir. Biz bunu Şuşada gördük. Söhbət bir neçə əsrdir mövcud olan mədəni irsin məhv edilməsindən gedir. Mən heyvan saxlanılan məscidlərdə bütün daxili bəzəklərin dağıldığını gördüm.

Bütün bunları görmək çətindir, çünki burada məqsəd bu ərazidə Azərbaycan xalqının varlığını bilərəkdən məhv etmək olub. Azərbaycanın nümunəsi Ukrayna üçün ərazilərin işğaldan çıxarılması baxımından çox önəmlidir, hələ çox iş görməliyik”.

Azmarka.az

Digər xəbərlər

  • 23.09.2021
  • 28.08.2021
  • 28.08.2021
  • 18.08.2021
  • 6.08.2021
  • 24.07.2021
  • 24.07.2021
  • 11.07.2021
  • 29.05.2021
  • 27.04.2021
  • 12.04.2021
  • 27.03.2021
  • 22.03.2021
  • 16.01.2021
  • 13.10.2020

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930