Qarabağ
22.12.2020
220
Vətən müharibəsində şəhid olan əsgər bu gün dəfn edildi
Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan əsgəri dəfn edilib.
Füzulinin işğal altında olan kəndlərinin azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olan Gəncə şəhər sakini, 2001-ci il təvəllüdlü Hüseyn Elsəvər oğlu Mirzəyevin nəşi bu gün ailəsinə təhvil verilib.
Şəhid sonuncu dəfə ailəsi ilə oktyabrın 11-də danışıb. Həmin vaxtdan bir daha əsgərin taleyi barədə heç kim məlumat əldə edə bilməyib. Ötən gün Hüseynin şəhid olduğu məlum olub.
H.Mirzəyev bu gün Gəncədə Şəhidlər xiyabanında dəfn edilib.
Allah rəhmət eləsin!
Azmarka.az