Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Murovda iki erməni kəşfiyyatçısını əsir götürən şəhid - Evin tək oğlu idi - FOTO

"Vahid 1994-cü ildə Şəki şəhərində anadan olmuşdu. Bakı şəhəri Binəqədi rayonunun sakini idi". Bunu Vətən müharibəsinin şəhidi Abbasov Vahidin sinif yoldaşı Akif Cəfərzadə deyib.

Şəhidin yaxını bildirib ki, Vahid Aprel döyüşlərinin də iştirakçısı olub: "O, 2001-2012 ci ildə 47 N-li məktəbdə təhsil alıb. 2015-2017-ci illərdə Murovdağda xidmətdə olmuşdu. Hərbi xidmətdə olan zaman iki erməni kəşfiyyatçısını ələ keçirərək hərbi hissənin rəhbərliyinə təhvil vermiş və rəhbərlik tərəfindən xüsusi təşəkkürnamə ilə təltif edilmişdi. Şəhidimiz həm də 2016-cı ilin Aprel döyüşlərinin iştirakçısı olub.

Vahid könüllü olaraq səfərbərlik xidmətində qeydiyyatdan keçmişdi, sentyabrın 22-dən təlimlərə çağırılıb və II Qarabağ döyüşlərinin ilk günündən könüllü kimi iştirak edib.

O, Füzuli uğrunda gedən döyüşlərdə xüsusi bacarığı və şücaəti ilə seçilib. Müharibə zamanı bir çox erməni canlı qüvvəsini və texnikasını məhv edib, yaralı döyüş yoldaşdarını çiynində daşıyaraq döyüş meydanından çıxarıb ilkin tibbi yardım göstərib. Oktyabrın 22-də düşmənin atdığı ağır artilleriya atəşi nəticəsində başından qəlpə yaraları alan Vahid şəhidlik zirvəsinə ucalıb.

Onu da qeyd edim ki, şəhidimiz evin tək oğul övladı idi, subay idi. O, uşaqlığından zəhmətkeş idi. Məktəbdə oxuduğumuz illərdə, 8-ci sinifdən işləyib ailəsinə kömək edirdi".


Azmarka.az

Digər xəbərlər

  • 25.12.2020
  • 24.12.2020
  • 22.12.2020
  • 22.12.2020
  • 21.12.2020
  • 21.12.2020
  • 18.12.2020
  • 18.12.2020
  • 18.12.2020
  • 16.12.2020
  • 14.12.2020
  • 11.12.2020
  • 24.11.2020
  • 10.10.2020
  • 6.10.2020

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031