Qarabağ
14.01.2021
446
Tovuzda şəhid dəfn edilib
Vətən müharibəsində Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Azərbaycan Ordusunun hərbçisi, 2000-ci il təvəllüdlü Əliyev Hüseyn Sahib oğlu Tovuzda dəfn edilib.
O, doğulduğu rayonun Əsirik-Cırdaxan kəndində torpağa tapşırılıb.
Dəfn mərasimində şəhidin yaxınları, döyüş yoldaşları, rayon sakinləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Azmarka.az