Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Polad Həşimovun qisasını almağa gedən şəhid

Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün apardığı haqq savaşında yüzlərlə igid şəhid oldu. 44 günlük Vətən müharibəsində şəhid olanlardan biri də Nicat Şükürlüdür.

O, 1991-ci ildə Səbail rayonunun Bayıl qəsəbəsində anadan olub. Tam orta təhsilini 49 nömrəli məktəbdə alan Nicat məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanır. 2014-cü ildə Bakı Slavyan Universitetinin Beynəlxalq münasibətlər fakültəsinə daxil olur və 2018-ci ildə Universiteti yüksək qiymətlərlə bitirir.

2020-ci ildə Tovuz döyüşlərindən sonra hərbi komissarliqda adını könüllü olaraq yazdırır. Vətən müharibəsi başlayanda isə döyüşə yollanır. Cəbhəyə getdiyi ilk gündən öz cəsarəti, çevikliyi ilə fərqlənərək Manqa komandiri seçilir. 11 oktyabr Hadrut uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalır. Nicat Şükürlü Prezident İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif edilib.

Çəkiliş qrupumuz şəhidin evində yaxınları ilə həmsöhbət olub.

Şəhidin anası Aybəniz Şükürova oğlunun daim qoçaq, mərd olduğunu deyib. O bildirib ki, Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimov şəhid olandan sonra Nicat heç rahatlıq tapa bilmirdi: "Elə həmişə deyirdi ki, Polad Həşimovun qisasını almaq lazımdır. Buna görə də gedib könüllü müharibəyə yazılmışdı".

Atası Ayaz Şükürlü isə bildirir ki, oğlu kişi kimi döyüşdü, kişi kimi də şəhid oldu: "Nicat uşaq yaşlarında çox əqidəli, ağıllı, savadlı uşaq idi. Həmyaşıdlarından daim seçilirdi. Vətən sevgisi həddindən artıq böyük idi. Tovuz hadisələri, generalımızın ölümündən sonra rahatlıq tapmırdı. Müharibə başlayanda bir məqsədi var idi: ölkənin ərazi bütövlüyünü bərpa etmək. Həmişə deyirdi ki, biz gələcək nəsillərə bu müharibəni buraxmamalıyıq"\report

Azmarka.az həmin reportajı təqdim edir:




Azmarka.az

Digər xəbərlər

  • 10.01.2021
  • 5.01.2021
  • 4.01.2021
  • 4.01.2021
  • 2.01.2021
  • 2.01.2021
  • 1.01.2021
  • 30.12.2020
  • 28.12.2020
  • 28.12.2020
  • 23.12.2020
  • 22.12.2020
  • 21.12.2020
  • 18.12.2020
  • 10.12.2020

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031