Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Millət vəkilindən Laçın dəhlizi ilə bağlı SENSASİYALI AÇIQLAMALAR və RUSİYADAN AÇIQ TƏLƏB...

“Mən hesab edirəm ki, hələlik müəyyən məsələlərdə Azərbaycan haqlı olaraq çox kəskin hərəkət etmək istəmir. Deyək ki, düşmən tərəfə xəbərdarlıqlar edir, məsuliyyətli olmağa çağırış edir. Bir də vasitəçilik, sülhməramlılıq missiyasını öz üzərinə götürən dövlətdən hələlik gözləyirik ki, bunları etməlisən, et! 5 km-lik Laçın dəhlizi ilə bu cinayətkarlara ərzaq, silah-sursat daşınmasına son qoy! Yəni Azərbaycan ərazisində qalan o silahlı quldur dəstələrinin yeganə təminat yolu bu gün Laçın dəhlizi ilə həyata keçirilir". Azmarka.az xəbər verir ki, bunu 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsini Milli Məclisdə təmsil edəndeputat Elman Məmmədov “Yeni Müsavat”a açıqlamasında bildirib.

Millət vəkili deyib ki, Laçın dəhlizinin Azərbaycan-Ermənistan sərhəd hissəsinə də biz nəzarət etməliyik: "Azərbaycanın sərhəd buraxılış məntəqəsi olmalıdır orda. Azərbaycan sərhədçisi, gömrüyü olmalıdır. Hələlik yoxdur. Hələlik yoxdursa, ordan kimin gəlib-getməsinə nəzarət etmək sülməramlıların vəzifəsidir. O gün məğlub olmuş dövlətin xarici işlər naziri Xankəndiyə gəlmişdi, ardınca da hərbi prokuroru gəldi. Hələ gəlib sülhməramlıları təltif də edib ki, sağ olun, bu quldur dəstələrinə yaxşı şərait yaradırsınız. Əgər bu qış günündə o təminat ordan kəsilsə, onların ərzaq təminatı, silah-sursat, ya tibbi təminat olmasa, orda necə qalıb fəaliyyət göstərə bilərlər? Heç cür, məhv olmalıdırlar o halda. Bu təminatı kəsmək üçün tədbirlər görülməlidir. Çox təəssüf ki, hələ ki, nə məqsədləsə sülhməramlılar bunu etmirlər. Yəqin ki, belə olan halda Azərbaycan özü bu işi görməyə məcbur olacaq. Necə ki, 27-28 il ərzində BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri yerinə yetirilmirdi, Azərbaycan ordusu 44 gündə o qətnamələri icra etdi. Eləcə də Azərbaycan bunu da edəcək. Çünki Azərbaycan müstəqil dövlətdir. Azərbaycanın bir gün səbri tükənəcək və razı olmayacaq ki, onun ərazisində hələ də terror, quldur dəstələri, başqa dövlətin silahlı qüvvələri yerləşsin. Buna son qoymaq üçün hesab edirəm ki, tədbirlərini görəcək”.


Azmarka.az

Digər xəbərlər

  • 6.01.2021
  • 29.12.2020
  • 27.12.2020
  • 18.12.2020
  • 15.12.2020
  • 5.12.2020
  • 2.12.2020
  • 1.12.2020
  • 1.12.2020
  • 30.11.2020
  • 20.11.2020
  • 18.11.2020
  • 16.11.2020
  • 10.11.2020
  • 5.11.2020

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031