Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Döyüş zamanı yoldaşının canı sənə əmanət olur – Vətən müharibəsinin iştirakçısı (FOTO)

Müharibənin bitməyinə bir gün qalmış döyüş yoldaşlarımızdan biri dedi ki, mən hamınızdan tez gedəcəm evə. Həmin gecə ermənilərin diversiya qrupu Zəngilana hücum etdi, iki nəfər şəhid oldu və onlardan biri də həmin yoldaşımız idi.

Döyüş zamanı yoldaşının canı sənə əmanət olur – Vətən müharibəsinin iştirakçısı (FOTO)

Bunu açıqlamasında Vətən müharibəsi iştirakçısı, könüllü əsgər Əmirahlı Səbuhi Ramazan oğlu deyib.

Onun sözlərinə görə, müharibə zamanı heç kəs öz canını düşünmür, yalnız bir amal üçün vuruşur o da vətən:

“Sentyabrın 29-dan Vətən müharibəsinə könüllü olaraq qoşulmuşam. Döyüş yolum Füzulidən başlayıb və ilk günlərdən top, mərmi səsi, yaralı əsgərləri görmək hər kəsə qəribə gəlirdi ancaq qısa vaxtdan sonra bunlar adiləşdi. Çünki hər kəs torpağı üçün canından keçməyə hazır idi.

İnsan az da olsa həyacan hissi yaşayır amma buna baxmayaraq qürur hissi keçirirsən. İllərdir yuxularımızda gördüyümüz günlər reallaşırdı. Bundan əlavə hər kəsin içində sevinc hissi ilə bərabər fəxr hissi də var idi”.

S. Əmirahlı qeyd edib ki, komandir heyyəti və əsgərlər döyüş zamanı öz canından çox yoldaşlarının canını qorumağa çalışırdı:

“Döyüşlər nə qədər ağır keçsə də, hamı özündən çox yoldaşını qorumağa çalışırdı. Sanki onun canı sənə əmanət idi, istəmirdin ki, yoldaşına bir şey olsun. Şəhidlərimiz oldu, onlara görə çox üzülürük, ancaq digər tərəfdən də heyifslənirik ki, biz o zirvəyə ucala bilmədik.

Hər dəfə torpaqlar azad olunduqca, gözəl yerlər gördükcə bizi qəhər boğurdu. Buna görə də, düşməni axırına çıxmaq üçün can atırdıq. Yanvar ayının 3-də azad etdiyimiz torpaqlardan elə təxris olunduq. Bizdən də çox döyüşən, şücaət göstərən hərbçi yoldaşlarımız şəhid və qazi oldular. Şəhid ailələrindən və qazikırin hər birindən haqlarını halal etməyi xahiş edirəm.

Fürsətdən də istifadə edib başda Ali Baş Komandan olamaqla bütün hərbçi yoldaşlarımızı qələbə münasibəti ilə təbrik edirəm”.\trend


Azmarka.az

Digər xəbərlər

  • 14.01.2021
  • 1.01.2021
  • 28.12.2020
  • 25.12.2020
  • 21.12.2020
  • 18.12.2020
  • 18.12.2020
  • 17.12.2020
  • 16.12.2020
  • 16.12.2020
  • 15.12.2020
  • 14.12.2020
  • 2.12.2020
  • 26.11.2020
  • 9.11.2020

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031