Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Azad edilən ərazilərin minalardan təmizlənməsi davam edir - Anar Eyvazov

Digər qoşun növləri ilə yanaşı, Vətən müharibəsində mühəndis qoşunlarının da rolu əvəzsizdir.

Bunu Müdafiə Nazirliyinin Mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib. O bildirib ki, Azərbaycan Ordusu əks-əməliyyatlar zamanı Füzuli rayonunun 4 kəndini, sonra isə qısa müddətdə Füzuli şəhəri daxil olmaqla rayonun bütün ərazisini işğaldan azad edib: "Ali Baş Komandanın rəhbərliyi altında ordumuz 44 gün ərzində işğalda olan bütün ərazilərimizi azad etdi. Uzun müddət döyüş hazırlığı ilə məşğul olan mühəndis qoşunlarının hər bir istehkamçısı Azərbaycanın işğal altında olan torpaqlarını azad etmək məqsədilə yüksək peşəkarlıq göstərərək əzmlə vətənə faydasını verdi. Mühəndis qoşunlarının hissə və bölmələri rəhbərlik tərəfindən qiymətləndirildi, təltif olundu".

A.Eyvazov deyib ki, hazırda Azərbaycan Ordusunun bölmələri işğaldan azad edilən ərazilərdə yerləşdirilib: "Digər bölmələr kimi, mühəndis bölükləri də bu ərazilərdə tapşırıqlarını icra edirlər. Dağıdılmış ərazilərin bərpası, yeni yolların çəkilməsi, mina və digər maneələrdən təmizlənməsi üçün mühəndis qoşunları əlindən gələni edir. Vətən müharibəsi dövründə qoşunlarımızın irəliləməsi üçün istehkamçılar yolları minalardan təmizləyib yeni yollar çəkirdi. Hazırda mühəndis qoşunlarımızın bölmələrinin hərbi qulluqçuları, Türkiyə və Rusiyadan gələn mütəxəssislərlə birlikdə işğaldan azad olunan ərazilərimizin mina və partlamamış digər sursatlardan təmizlənməsini davam etdirilər".

Azmarka.az

Digər xəbərlər

  • 17.01.2021
  • 14.01.2021
  • 6.01.2021
  • 29.12.2020
  • 25.12.2020
  • 25.12.2020
  • 22.12.2020
  • 8.12.2020
  • 7.12.2020
  • 25.11.2020
  • 6.11.2020
  • 3.11.2020
  • 30.10.2020
  • 8.10.2020
  • 8.10.2020

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031