Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

İran Qarabağın bərpasını əsas məqsədlərdən biri hesab edir - Palata sədri

İran Qarabağın bərpasında iştirak etməyi əsas məqsədlərdən biri hesab edir.

Bunu İran və Azərbaycanın birgə ticarət palatasının sədri Hüseyn Pirmüəzzin “İran və Azərbaycan arasında Ticarət Potensialları və Fürsətlər” vebinarında deyib.

H.Pirmüəzzinin sözlərinə görə, işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasında İranın bütün potensialından istifadə olunacaq.

O, əlavə edib ki, İran və Azərbaycanın birgə ticarət palatası bu məqsədlə İranın səlahiyyətli şirkətlərinin iş imkanları barədə məlumat toplayaraq Azərbaycan tərəfinə təqdim edəcək.

Palata sədri deyib ki, Azərbaycanla İran arasında əməkdaşlıqlar üçün istiqamətlər müəyyənləşdirilib. Birinci istiqamət yenidənqurma, ikinci istiqamət birgə komissiyanın iclasında təsdiqlənən birgə yatırımlardır. Bundan əlavə iki ölkə banklarının əməkdaşlıqları qarşısında duran problemlərin aradan qaldırılması, birgə sənaye parkının yaradılması prosesinin sürətləndirilməsi, Azərbaycandan Ərdəbil vilayətinin Parsabad rayonuna dəmiryolu xəttinin çəkilməsi, enerji sektorundakı layihələrdə əməkdaşlıq, Azərbaycanda kənd təsərrüfatı sektorunda fəaliyyətlər haqda müzakirələr aparılıb.

H.Pirmüəzzin pandemiya dövründə İran və Azərbaycan arasında gömrük xidmətlərinin fəaliyyətini dayandırmadığını deyib.

Qeyd edək ki, yanvarın 18-də Tehranda Azərbaycan və İran arasında İqtisadi, Ticarət və Humanitar Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 14-cü iclası keçirilib.

Azmarka.az

Digər xəbərlər

  • 6.02.2021
  • 6.02.2021
  • 5.02.2021
  • 25.01.2021
  • 21.01.2021
  • 21.01.2021
  • 19.01.2021
  • 23.12.2020
  • 22.11.2020
  • 22.09.2020
  • 15.09.2020
  • 15.09.2020
  • 11.09.2020
  • 9.09.2020
  • 7.09.2020

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031