Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Bu il də şəhid ailələri və müharibə əlilləri mənzillə təmin ediləcək - Nazir

Bu il Bakı, Sumqayıt şəhərləri və Abşeron rayon qeydiyyatı olan bütün şəhid ailələri və müharibə əlilləri mənzillə təqdim ediləcək.

Bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Onun sözlərinə görə, bu il 3000-ə qədər mənzilin şəhid ailəsi və müharibə əlilinə təqdim edilməsi planlaşdırılır. Həmin mənzillər Bakı, Sumqayıt şəhərləri və Abşeron rayon qeydiyyatı olan bütün şəhid ailələri və müharibə əlillərini əhatə edəcək. Qeyd edilən şəhər və rayonda mənzillə təmin olunmayan və yaşayış ehtiyacı olan heç bir şəhid ailəsi və müharibə əlilli qalmayacaq:

"Paralel olaraq, regionlarda da bu iş aparılır. Ötən il 800 ev məhz regionda yaşayan şəhid ailəsi və müharibə əlillinə təqdim edilib. Bu proqram bu il də davam etdiriləcək.

Nazir əlavə edib ki, şəhid ailələri və müharibə əlilləri üçün Binəqədi rayonunun Xochəsən qəsəbəsində, Sumqayıt şəhərində, Qaradağ rayonunda il ərzində yaşayış komplekləri tikiləcək və il ərzində hazır olduqca istifadəyə veriləcək.

Azmarka.az

Digər xəbərlər

  • 25.02.2021
  • 25.01.2021
  • 12.01.2021
  • 11.01.2021
  • 8.01.2021
  • 25.12.2020
  • 21.12.2020
  • 18.12.2020
  • 18.12.2020
  • 18.12.2020
  • 7.12.2020
  • 5.12.2020
  • 1.12.2020
  • 28.11.2020
  • 9.11.2020

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930