Ağdamda 6 nəfər minaya düşüb, ölənlərin sayı 2-yə çatıb - SİYAHI - YENİLƏNİB - 2
Ağdam rayonunda minaya düşən mülki şəxslərdən daha biri ölüb.
Azmarka.az bildirir ki, "Report"un əldə etdiyi məlumata görə, hadisə nəticəsində xəsarət alanlardan biri - 1987-ci il təvəllüdlü Hüseynov Bayram Akif oğlu vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
18.54
Ağdam rayonunda 6 nəfər minaya düşüb.
Hadisə rayonun Yusifcanlı kəndində qeydə alınıb.
Belə ki, məcburi köçkün kimi Əfətli kəndində məskunlaşmış 1957-ci il təvəllüdlü Hüseynov Akif Muxtar oğlu, onun üç oğlu - 1982-ci il təvəllüdlü Hüseynov Anar, 1987-ci il təvəllüdlü Hüseynov Bayram və 1979-cu il təvəllüdlü Hüseynov Razi, həmçinin onun nəvəsi, 2014-cü il təvəllüdlü Hüseynov Hüseyn Razi oğlu, Laçın rayonundan məcburi köçkün kimi Əfətli kəndində məskunlaşan 1985-ci il təvəllüdlü Abdullayev Bəhruz Nadir oğlu minaya düşüb.
Nəticədə Razi Hüseynov ölüb, 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılardan biri - Bəhruz Abdullayev Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, digərlərinin evakuasiyası həyata keçirilir.
Hadisə nəticəsində 7 yaşlı uşaq Hüseyn Hüseynov heç bir xəsarət almayıb.
Faktla bağlı araşdırma aparılır.
18.27
Ağdam rayonunda 5 nəfər minaya düşüb.
Hadisə Yusifcanlı kəndi ərazisində qeydə alınıb.
Belə ki, hadisə nəticəsində dördü bir ailənin üzvü olmaqla beş nəfər mülki şəxs minaya düşüb.
Hazırda həmin şəxslərin adları dəqiqləşdirilir.
Azmarka.az