Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Humanitar yük adı altında Ermənistana qanunsuz silah daşınmasının şok təfərrüatları! - Azmarka-nın xəbəri və şərhi...

Dünən (10 oktyabr) axşamdan bəri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev iki önəmli açıqlama ilə çıxış edib.

Azmarka.az xatırladır ki, o, öncə "Humanitar yardım adı altında “Atlantis Armenian Airlines” aviaşirkəti mülki təyyarələrlə Ermənistana raket və raket sistemləri daşıyır. Bu, açıq şəkildə Çikaqo Konvensiyası və Beynəlxalq Mülki Aviasiya Təşkilatı qaydalarının pozulması deməkdir”, - deyə Tvitter hesabında yazıb.

Bu gün səhər saatlarında isə H.Hacıyev bildirib: “Mülki aviaşirkətlər vasitəsi ilə çatdırılan humanitar yardım adı altında Ermənistan yeni “Smerç” raketləri alıb və dərhal Mingəçevirdə mülki əhaliyə, kritik əhəmiyyətə malik enerji infrastrukturuna hücum edib. Sivil dünya ilə Ermənistan arasındakı boşluğu görün”.

Əslində Ermənistan humanitar yük adı altında qanunsuz silah daşınması ilə məşğul olduğu bir neçə gündür ki, aydın şəkildə bəllidir.

Terrorçu ölkəyə silah ötürmə əməliyyatında "Ermənistan-Avia", "Nord-Star" və "Atlantis Armenian Airlines" hava yollarının mülki təyyarələrinin iştirak etdiyi bildirilirdi.

Xüsusilə, okyabrın 3-də Xarici İşlər nazirinin müavini Şavarş Köçəryanın idarə heyəti Yerevan hava limanına gəlib. Oktyabrın 4-də Baş nazirin müavini Mger Qrigoryan Moskvadan vətəninə qayıdıb. Oktyabrın 6-da isə "Mineralnıye Vodı"dan "Atlantis Armenian Airlines" aviaşirkətinin təyyarəsi gəlib.

Hər üç təyyarənin göyərtəsində "İqla-S" zenit raket sistemləri, "Kornet" tank əleyhinə idarə olunan raket sistemləri, "OSA" qısa mənzilli zenit raket sistemləri üçün komponentlər, xüsusən 9MZMZ zenit idarəolunan raketləri olub.

Bunun ardınca məlum olub ki, "Kornet" tank əleyhinə idarə olunan raket sistemlərinin daha bir yükü "Mineralnıye Vodı"dan Yerevana uçan "Atlantis Armenian Airlines" təyyarəsi ilə Ermənistana çatdırılıb. EK-3200 reysi isə bu gün yola düşüb.

Qeyd etmək lazımdır ki, bu aviaşirkət dəfələrlə qaçaqmalçılıq və qanunsuz silah tranziti ilə yaxalanı, hətta Avropa İttifaqının (Aİ) sanksiyaları altındadır. Lakin bu, onun Rusiyadan Ermənistana uçmasına mane olmur.

Yeri gəlmişkən, bunu da vurğulayaq ki, Rusiyadan Ermənistana silah-sursat daşınmasında şimal qonşumuzun rəsmi orqanlarının iştirakını təsdiq edən hər hansı məlumat yoxdur. Lakin rəsmi Moskvanın bu cinayətkar prosesdən xəbərsizliyini söyləmək üçün hədsiz sadəlövh olmaq laızmdır.

Eyni zamanda məlumatlar belədir ki, silahların daşınması prosesində əsas iştirakçılar kimi Ermənistanın müdafiə naziri David Tonoyan, beynəlxalq silah qaçaqmalçısı kimi tanınan David Qalustyan və iş adamı Samvel Karapetyan çıxış edirlər.

Ermənistanda “boz biznesmen” kimi tanınan David Qalustyan baş nazir Nikol Paşinyanın və onun ailə üzvlərinin də iştirak etdiyi böyük silah qaçaqmalçılığı sövdələşməsində ad çıxarmışdı. Burada söhbət Ermənistanın KTMT çərçivəsində güzəştli qiymətlərlə əldə etdiyi silahların üçüncü ölkəyə baha qiymətə satışından gedirdi. Məhz bu fırıldağa görə Qalstyan Rusiyadan qovulmuşdu.

Dünən isə məlum olub ki, Gürcüstan-Ermənistan sərhədində Ermənistana silah daşıyan yük maşını saxlanılıb. Bununla da Gürcüstan sərhədçilərinin ayıq-sayıqlığı nəticəsində Ermənistana qanunsuz silah daşınmasının qarşısı alınıb.

Hərbi mütəxəssislərin sözlərinə görə, fotolara və videolara əsasən demək olar ki, maşında avtomatik idarəetmə sistemi quraşdırılıb. O, komanda məntəqələrində quraşdırılan və qoşunları idarə etmək, bölmələrin hərəkətlərini əlaqələndirmək, raket qüvvələri və topçu birliklərinin atəşinə nəzarət etmək üçün istifadə edilə bilər.

Nəzərə alaq ki, hərbi avtomatik idarəetmə sistemi məşhur erməni "Spayka” nəqliyyat şirkətinə məxsus mülki yük maşınları ilə daşınıb.

Beləliklə, Paşinyan hökumətinin Gürcüstanın Ermənistan üçün ərazisindən hərbi yük daşınmasına qoyduğu qadağanı pozmağa davam etdiyi açıq görünür.

Bir sözlə aydın görünür ki, terrorçu ölkə və onun rəhbərliyi faktiki olaraq silah qaçaqmalçılığı ilə məşğuldur, eyni zamanda humanitar yardım adı altında silahlanır. Elə onların atəşkəs üçün uzun müddətli yalvarışlarının səbəbi və məqsədi də həmin prosesi rahat həyata keçirmək, Silahlı Qüvvələrimizin sentyabrın 27-dən bu yana faktiki olaraq darmadağın etdiyi saysız-hesabsız hərbi vasitələrin yerini müəyyən qədər, üstəlik də, qanunsuz şəkildə dioldurmaqdır!

Heç bir şübhə qalmır ki, Ermənistanın separatizm və terrorizm aludəçisi olan hakimiyyəti münaqişənin sülh yolu ilə həllinə meylli deyil. Onlar hərbi təxribatları davam etdirmək və münaqişəni genişləndirmək arzusundadırlar.

Bu səbəbdən də dünya birliyi, xüsusilə də, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri Paşinyan hökumətinə gərəkən qulaqburmasını verməli, onun nazı ilə oynamaqdan əl çəkməlidir.

Əks halda şanlı Azərbaycan Ordusu və xalqı düşməni layiqli şəkildə cəzalandırmaq imkanına artıqlaması ilə malik olduğunu sentyabrın 27-dən bu yana kifayət qədər parlaq şəkildə nümayiş etdirib.




Sənan M.,
Azmarka.az

Digər xəbərlər

  • 31.12.2020
  • 28.11.2020
  • 18.11.2020
  • 15.11.2020
  • 7.11.2020
  • 5.11.2020
  • 4.11.2020
  • 3.11.2020
  • 30.10.2020
  • 26.10.2020
  • 24.10.2020
  • 21.10.2020
  • 12.10.2020
  • 11.10.2020
  • 6.10.2020

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031