Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Dövlət Vergi Xidmətinin 6 milyon manatlıq tenderi: nə tikiləcək, kim tikəcək? – Azmarka-nın xəbəri

Azərbaycan Respublikası İqtisdadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin tikinti işlərinin yerinə yetirilməsi məqsədilə keçirdiyi tenderin qalibi Tekfen İnşaat ve Tesisat Anonim Şirketi (A.Ş.) olub. Azmarka.az-ın xəbərinə görə, nəzərdə tutulan tikinti işləri üçün 6.316.124.94 AZN xərclənəcək.

İcraçı şirkətə ödəmələr isə ABŞ dolları ilə həyata keçiriləcək.

Həyata keçiriləcək tikinti işləri isə Dövlət Vergi Xidmətinin yeni inzibati binasının inşasını nəzərdə tutur.

Türkiyə şirkəti olan Tekfen İnşaat ve Tesisat A.Ş. bundan əvvəl, 2015-ci ildə Bakıda Olimpiya stadionunun tikintisini həyata keçirib və onu 24 ay kimi qısa vaxtda tamamlayıb. Elə həmin il Bakı Olimpiya stadionu ENR tarafından "İdman və əyləncə" kateqoriyasında "Ən yaxşı layihə" seçilib.

2014-cü ildə isə şirkət Azərbaycanın "Şah Dəniz-2" layihəsi çərçivəsində "Platform" və "Terminal" layihələrinin inşaatına başlayıb.

Xatırladaq ki, 2019-cu ilin oktyabrında Azərbaycanın Vergilər Nazirliyi ləğv edilib və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti təşkil edilib. Bu qurum ölkədə aparılan vahid maliyyə və büdcə siyasəti çərçivəsində vergi siyasətinin həyata keçirilməsini, dövlət büdcəsinə vergilərin və digər daxilolmaların vaxtında və tam yığılmasını təmin edən və bu sahədə dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.



İlhamə Əziz,
Azmarka.az

Digər xəbərlər

  • 24.12.2020
  • 18.11.2020
  • 13.11.2020
  • 6.11.2020
  • 4.11.2020
  • 26.10.2020
  • 6.10.2020
  • 24.09.2020
  • 24.09.2020
  • 17.09.2020
  • 17.09.2020
  • 16.09.2020
  • 14.09.2020
  • 10.09.2020
  • 4.09.2020

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031