Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Qarabağ savaşından sonra İran... - TÜRKİYƏDƏN SENSASİYALI AÇIQLAMALAR! - "Türk ordusu Qarabağa gəlir, bu isə..."

“Bunu rahatlıqla söyləyə bilərik ki, İran bu atəşkəs müqaviləsindən çox da məmnun deyil. Məmnun olmamasının bir çox səbəbi var. Birinci və ən önəmli səbəb özünün bu görüşmələrin içində olmaması. Ermənistan, Azərbaycan, Rusiya və Türkiyə var. Ancaq İran yoxdur”. Azmarka.az-ın məlumatına görə, bunu Türkiyədə yaşayan və çalışan tanınmış siyasi ekspert Arif Kəskin bildirib.

O, Dağlıq Qarabağda status-kvonun dəyişməsinin də İslam Respublikası üçün bir itki olduğunu önə çəkir: “Digər tərəfdən İranın 90-cı illərdən günümüzə qədər gələn tezisi məğlub oldu. Çünki, İran xüsusilə 1994-cü ildən bəri status-kvonun davam etməsini istəyirdi. Bunu zamana yayaraq Ermənistanın uğur qazanmasına ümid edirdi. Təbii ki, yeni Azərbaycan-Ermənistan müharibəsi və sonda əldə edilən anlaşma status-kvonu cidd şəkildə dəyişdirdi. Bu, İran üçün ciddi bir problemdir. Digər tərəfdən Türkiyə Qafqaza gəlir. Türk Ordusu Qarabağa gəlir. Azərbaycana gəlir və oraya yerləşir. Sovetlərin dağılması və sonrakı proseslərə baxdığımız zaman İran və Türkiyə Qafqaz və Orta Asiyada bir-birinin rəqibi mövqeyində idilər və bu, bugün də elədir. İran Türkiyənin Qafqaz və Azərbaycanda güclənməsini istəmirdi. İranın siyasəti bu bölgələrdəki Türkiyənin nüfuzunu zəiflətmə çərçivəsində şəkillənmişdi. Türkiyənin güclü şəkildə Azərbaycana girməsi İran üçün istənilməyən bir şeydir”.

Kəskinin fikrincə, sazişə əsasən Naxçıvan və Azərbaycanın əsas hissəsi arasında bir dəhlizin yaradılması İranın tranzit önəminin azalmasına səbəb olacaq: “Bu koridor İranın önəmini Azərbaycanın gözündə ciddi şəkildə azaldacaq. Bu gün Naxçıvanın Azərbaycanın digər parçası ilə quru yolu yoxdur və həmin ehtiyac İran vasitəsilə ödənir. Lakin koridor açıldığı zaman Azərbaycanın İrana ehtiyacı azalacaq. Ayrıca, Türkiyənin də hər il minlərlə yük maşını İran torpağından Orta Asiya və digər bölgələrə gedir. Bəlkə də Türkiyə bu açılan koridordan Azərbaycan üzərindən Orta Asiyaya açılacaq. Yəni, İranın Orta Asiyaya açılan ənənəviləşmiş tranzit yolu bundan sonra Azərbaycan olacaq. Bir sözlə, İslam Respublikası ilə Azərbaycan arasında tranzit rəqabətinin ortaya çıxacağı çox açıqdır”.

Arif Kəskin hesab edir ki, Azərbaycan Respublikasının öz torpaqlarını geri alması ilə İran hakimiyyətinin 90-cı illərdən bəri Güney Azərbaycanda yürütdüyü propaqanda da məğlubiyyətə uğradı: "İran nə deyirdi? Deyirdi, baxın, Azərbaycan öz torpağını qoruya bilməyəcək qədər zəifdir. Güçsüzdür. Demək ki Azərbaycan dövləti sizə heç nə verə bilməz. Çünki özünü belə qoruya bilmir. Gəldiyimiz nöqtədə nə oldu? Göründü ki, Azərbaycan öz torpağını qoruya biləcək qədər güclüdür. Azərbaycan dünya ictimaiyyətində hörmət qazandı. Azərbaycan üçün bir qürur qaynağı oldu. Özlərinə inamını artırdı. Bu Güney Azərbaycanda da qürur qaynağı oldu. İrandakı türklərdə də elə. Ayrıca, Azərbaycan-Türkiyə münasibətlərinin inkişaf etməsi və Türkiyənin qeydsiz-şərtsiz Azərbaycanı mütləq dəstəkləməsi də İrandakı türklər cə Güney Azərbaycana çox müsbət təsir qoydu. O, coğrafiyadakı insanların bir çox qayğılarını rahatlatdı”.

Ekspertin sözlərinə görə, İranın Azərbaycan Respublikası ilə əlaqədar yürütdüyü propaqandanın boşa çıxması fars millətçiliyi üçün də ciddi bir məğlubiyyət oldu. "Bu gün baxdığımız zaman Quzey Azərbaycanda anti-İran hissi yüksəldi. Türkiyədə anti-İran hissi yüksəldi. Bunların hamısı İran milliyyətçiliyinə dayanaraq bu nöqtəyə gəlmişdi və məğlubiyyət qaçılmaz idi, nəhayət ki, gerçəkləşdi..."


Zaur İbrahimli,
Azmarka.az

Digər xəbərlər

  • 23.12.2020
  • 22.12.2020
  • 18.12.2020
  • 13.12.2020
  • 11.12.2020
  • 10.12.2020
  • 22.11.2020
  • 14.11.2020
  • 16.10.2020
  • 9.10.2020
  • 5.10.2020
  • 29.09.2020
  • 15.09.2020
  • 11.09.2020
  • 9.09.2020

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031