Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

İlk dəfə Azərbaycanda quraşdırıldı! - Dünyada analoqu yoxdur... - QEYRİ-ADİ TƏQDİMAT...

Xəbər verdiyimiz kimi, bu günlərdə Rusiyada yaşayan azərbaycanlı iş adamı "ArtPak" şirkətinin rəhbəri İlqar Məmmədov ölkəmizdə olduqca uğurlu bir layihəyə imza atıb. Belə ki, Azərbaycana dünyada analoqu olmayan etiket çap edən avadanlıq gətirilib. Hissələri İtaliya və İsveçrədə hazırlanmış cihaz ilk dəfə olaraq Azərbaycanda quraşdırılıb. Avadanlığın özəlliyi həm analoq, həm də rəqəmsal şəkildə işləməsidir.

Azmarka.az xəbər verir ki, bu münasibətlə keçirilmiş təqdimat mərasimində Milli Məclis sədrinin müavini Adil Əliyev, "ArtPak" şirkətinin rəhbəri İlqar Məmmədov, Azərbaycan Sənaye Koorparasiyasının baş direktoru Kamran Nəbizadə, əməkdar məşqçi, idman ustası Firdovsi Umudov, dünya, Avropa çempionları və olimpiya mükafatçıları da iştirak ediblər.

Açılış mərasimindən sonra şirkətin rəhbəri İlqar Məmmədov ilk dəfə Azərbaycanda tətbiq olunan avadanlıqla bağlı məlumat verib: “Bu, unikal avadanlıqdır. Biz risk edərək klassik çap maşınını dijital maşınla birləşdirdik. İtaliyada olan ixtisasçılarla, İsveçrə şirkəti ilə mütəmadi görüşlər keçirirdik. Bu “makinə”ləri oflayn da almaq olardı, amma birləşdirdik. İnandım ki, Azərbaycanda çalışan mühəndislər, operatorlar maşını işlədə biləcəklər.
Ölkədə istehsal edilən və ixraca yönləndirilən qeyri-neft sektoruna aid məhsulların qablaşdırılmasında vacib elementlərdən biri də məhz etiketlənmədir. Bu mənada ilk dəfə yüngül, sadə çap maşını gətirmişdik. Sonra gördük ki, Azərbaycanda həqiqətən güclü inkiaşf gedir. Azərbaycan istehsalçıları daha yeni məhsullar istehsal edirlər. Həmin məhsullara həm etiket, həm də keyfiyyətli bağlama lazımdır. Çünki məhsullar mağazalarda göz oxşamalıdır. İxrac məhsullarına artan sifarişlər qablaşdırmada daha cəlbedici etiketlərdən istifadəni zəruri edib. Bunun üçün isə müəssisədə yeni çap texnologiyasının tətbiqi mütləqdir”.

İ.Məmmədov diqqətə çatdırıb ki, bu gün Azərbaycana gözəl investisiya üçün yaxşı şərait yaradılıb: “Dövlət başçısı İlahm Əliyevin bu sahədə addımlarını aydın müşahidə edirik. Buna görə də biz investisiyalarımızı Azərbaycana gətirmək istəyirik”.

Avadanlığın çatdırılması üzrə məsul şirkətin rəhbəri Sergey Kuzinin sözlərinə görə, yeni nəsil çap maşının məhz Azərbaycana gətirilməsi ölkəni bu sahədə irəli aparacaq: “Xüsusən Bakıda belə bir avadanlığın quraşdırılması ölkə iqtisadiyyatının texnologiya sahəsində irəli addım atdığını göstərir. Avadanlıq rəqəmsal çap sahəsində yenilikdir. Bu hibrid dəzgah həm analoq, həm də rəqəmnsal çap işlərini görə bilir. Aparata internet vasitəsilə məsafədən nəzarət etmək mümkündür. Bu cihazın istehsalında ən yeni nəsil texnologiyalardan istifadə olunub”.

Bundan başqa qeyd etmək yerinə düşər ki, mərasimdə iştirak edən Milli Məclisin spikeri Adil Əliyev, Azərbaycan Sənaye Koorparasiyasının direktoru Kamran Nəbizadə və əməkdar məşqçi, idman ustası Firdovsi Umudov bildiriblər ki, ölkəmizə investorların diqqət göstərməsinin başlıca səbəbi ərazi bütövlüyümüzün bərpası, Azərbaycan iqtisadiyyatının uğurlu inkişafı ilə birbaşa bağlıdır. Çünki Azərbaycanda yeni texnologiyaların tətbiqi üçün əlverişli sərmayə imkanları yaradılıb.

İndi sizə həmin mərasimdən yeni və geniş görüntüləri təqdim edirik.




Azmarka.az

Digər xəbərlər

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930