Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Vəzifədən cəbhəyə yollanan məmurumuzun qandonduran SAVAŞ XATİRƏLƏRİ... - VİDEO

Müharibə başlayanda o dövlət qulluğundakı işini qoyaraq müharibəyə yollanır. Ən gərgin döyüşlərdə iştirak edir, müharibə bitəndən sonra da Zoğalbulağın mühafizəsində qalır.

Söhbət 44 günlük Vətən Müharibəsinin iştirakçısı, göstərdiyi şücaətlərə görə 3 medala layiq görülən Kamran Umudovdan gedir.

Azmarka.az-ın məlumatına görə, 1976-cı il yanvarın 24-də Qazax rayonunun Aslanbəyli kəndində anadan olan K.Umudov Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat və kibernetika fakültəsini bitirib. Hərbi xidmətini Murovdağ istiqamətində N saylı hərbi hissədə keçən Kamran şəhid generalımız Polad Həşimovla eyni taborda xidmət edib.

Vətən müharibəsi başlayanda İqtisadiyyat Nazirliyinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində şöbə müdiri vəzifəsini tutan K.Umudov səfərbərlik elan edildikdən sonra minlərlə qeyrətli Azərbaycan övladı kimi torpaqlarımızın düşmən işğalından azad edilməsi üçün ön cəbhəyə yollanır. Bununla da onun igidliklərlə dolu olan və BÖYÜK ZƏFƏRƏDƏK uzanan döyüş yolu başlayır.

Azmarka.az "İgidnamə" layihəsi çərçivəsində "Belə-belə işlər" facebook səhifəsinin həmin şanlı döyüş yolu barədə Kapital Bankın dəstəyi ilə hazırladığı videomaterialı təqdim edir.




Azmarka.az

Digər xəbərlər

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31