Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Nyu Yorkda son 30 ilin ən dəhşətli yanğını - Çoxu uşaq olan 19 müsəlman öldü

Nyu Yorkda son 30 ilin ən dəhşətli yanğını baş verib. Azmarka.az-ın məlumatına görə, Bronks məhəlləsindəki yaşayış binasında qızdırıcının yanğına səbəb olması 9-u uşaq olmaqla, 19 nəfərin ölümünə səbəb olub.

Yanğınsöndürmə İdarəsinin komissarı Daniel Niqro yanğının bir mənzildə "nasaz işləyən elektrik qızdırıcıdan başladığını" və 19 mərtəbəli binanın ikinci və üçüncü mərtəbələrini əhatə etdiyini bildirib. Niqro deyib ki, mənzilin qapısı açıq qalıb və bu, tüstünün bütün binaya sürətlə yayılmasına şərait yaradıb.

Mənzillərində qapalı qalan bəzi sakinlər hava almaq üçün pəncərələri sındırıb, qapılarının altına yaş dəsmallar qoyub. Yanğınsöndürənlər tərəfindən xilas edilən bir adam tez-tez yanlış siqnallar verdiyi üçün yanğın barədə xəbərdarlıq siqnalına məhəl qoymadığını deyib.

Niqronun dediyinə görə, bəzi sakinlər tüstü qatı olduğuna görə qaça bilməyib". O, yanğınsöndürənlərin hər mərtəbədə ürək və tənəffüs tutulması vəziyyətində insanları binadan çıxardıqlarını bildirib.

Nyu Yorkda son 30 ilin ən dəhşətli yanğını - Çoxu uşaq olan 19 müsəlman öldü


Bronksun meri Erik Adamsın baş məsləhətçisi Stefan Ringelin bildirdiyinə görə, ölən uşaqların yaşı 16 və daha aşağı olub. Adams bina sakinlərinin çoxunun əslən Qərbi Afrika ölkəsi olan Qambiyadan böyük bir müsəlman icmasının üzvləri olduğunu deyib.

Ringel 13 nəfərin ağır vəziyyətdə xəstəxanaya yerləşdirildiyini, ümumilikdə 50-dən çox insanın xəsarət aldığını bildirib. Niqronun dediyinə görə, qurbanların əksəriyyəti tüstüdən zəhərlənib.

Onu da deyək ki, yanğının baş verdiyi 181-ci Şərq küçəsindəki binaya təxminən 200 yanğınsöndürən müdaxilə edib.


İlhamə ƏZİZ,

Azmarka.az

Digər xəbərlər

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31